Rusiyada keçirilən prezident seçkilərində 40 faizə yaxın seçici səsvermə hüququndan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev məlumat yayıb.
O bildirib ki, elektron səsvermə də nəzərə alınmaqla ümumi seçici fəallığı 38,35% təşkil edir.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15, 16 və 17-si olmaqla ilk dəfə 3 gün ərzində baş tutacaq. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.
Günay Şahmar, Bizim.Media