Əfqanıstanda üç həftədən çox davam edən şaxtalar nəticəsində azı 60 nəfər soyuqdan donaraq həyatını itirib.
Bizim.Media “Tolo News” agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Canan Saiqin sözlərinə görə, güclü qar yağması səbəbindən dağlıq ərazilərdə davam edən şaxtalı hava nəticəsində daha 34 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bu müddətdə qar çovğunu və tufan nəticəsində kənd yerlərində 1600-dən çox ev dağılıb, yollar bağlanıb.
Əfqanıstanın İctimai İşlər Nazirliyinin sözçüsü Əşrəf Haqşinas isə bildirib ki, Salanq keçidi və Bamiyan, Ğor, Sar-e Pol, Nuristan və Fərah əyalətlərində nəqliyyatın hərəkəti iflic olub, xəstəxanalar və məktəblər fəaliyyətini dayandırıb.
Bizim.Media