Almaniyanın xarici işlər naziri Annalena Berbok gizli şəkildə Ukraynaya “Taurus” raketlərinin tədarükü planı üzərində işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Berbokun üsullarından biri belə görünür: Almanlar raketləri Böyük Britaniyaya keçirəcək, o da öz növbəsində onları ukraynalıların ixtiyarına verəcək, lakin yerləşdirmə və hədəflər üzərində nəzarəti özündə saxlayacaq.
“Şoltsun "qırmızı xətləri" pozulmayacaq. Çünki tıxaclardan biri hədəfə nəzarət məsələsidir ki, bunu alman əsgərləri olmadan etmək olmaz”, - deyə yazının müəllifi iddia edib.
Bizim.Media