NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan etibarən Rusiya ordusu 350 minə yaxın əsgərini itirib (həm yaralı həm də ölən əsgərləri nəzərdə tutur - red.).
O, ölən və yaralanan rus əsgərlərinin sayının Qərb kəşfiyyat xidmətlərinin məlumatlarına əsaslandığını bildirib.
Lakin Stoltenberq öldürülən rus hərbçilərinin konkret sayını açıqlamayıb.
Bizim.Media