NATO-nun Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında açıqlayıb.
“Bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. NATO dəyərlərə, demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara cavab verməsi vacibdir”, - deyə Baş katib vurğulayıb.
Bizim.Media