TikTok-un tərtibatçıları TikTok Photos adlı foto paylaşma sosial şəbəkəsini buraxmağa hazırlaşırlar.
Bizim.Media xəbər verir ki, bu barədə TheSpAndroid portalı yazıb.
Mənbə qeyd edir ki, yeni sosial şəbəkə Instagram-ın rəqibinə çevriləcək və eyni zamanda Android və iOS platformalı cihazlar üçün də əlçatan olacaq.
TikTok Photos-un veb versiyasının hazırlanacağı məlum deyil. Yeni sosial şəbəkənin buraxılış tarixi də hələlik açıqlanmayıb.
Bizim.Media