Türkiyədə terrorçulara qarşı mübarizə tədbirləri davam etdirilir.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, Çorum vilayətində İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 3 terrorçu saxlanılıb.
Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-sinin İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.
Şübhəlilər polis bölməsinə aparılıblar.
Bizim.Media