“NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur və nə NATO-nun özü, nə də NATO müttəfiqləri münaqişənin tərəfidir”.
Bizim.Media xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində bildirib.
Stoltenberq bildirib ki, hər hansı ayrı-ayrı NATO ölkəsi Ukraynaya qoşun göndərərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki onun üzvləri kollektiv müdafiə paktı ilə bağlıdır.
Bizim.Media