Son bir gün ərzində Fransanın dövlət qurumlarına kütləvi haker hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, mütəxəssislərin həyata keçirdiyi tədbirlər nəticəsində hücumların intensivliyi azalıb, dövlət qurumlarının saytlarına giriş qismən bərpa edilib.
Problemin həlli üçün böhran mərkəzi yaradılıb.
Bizim.Media