Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsovu ölkə XİN- nə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat verib.
Məlumata görə, buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlar olub.
Diplomat Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılıb.
Bizim.Media