Rusiyanın müdafiə naziri Sergey Şoyquya yeni müavin təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin Silahlı Qüvvələrin maddi-texniki təchizatına cavabdeh müavini təyin edilib.
Bulıqa daha əvvəl Qərb Hərbi Dairəsinin maddi-texniki təminat üzrə komandirinin müavini vəzifəsində çalışıb.
Bizim.Media