Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari ölkənin yeni prezidenti seçilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistanın Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Zərdari martın 9-da keçirilən prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.
Qeyd edək ki, Asif Əli Zərdari 2008-2013-cü illərdə Pakistanın Prezidenti olub. O, Pakistanın 1988–1990-cı və 1993–1996-cı illərdə Baş naziri vəzifəsində çalışmış mərhum Benazir Buttonun həyat yoldaşı olub.
Bizim.Media