“Qəzza zolağında insanlığa qarşı törədilən cinayətlərlə İsrailin Baş naziri Benyamin Netanyahu və komandası öz adlarını dövrümüzün nasistləri kimi Hitler, Mussolini və Stalinin adları ilə bağladılar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elmi Təbliği Vəqfi Baş Assambleyasının İstanbulda keçirilən 53-cü Qurultayında deyib.
Türkiyə dövlət başçısı xatırladıb ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 32 mindən çox fələstinli həlak olub, 72 mindən çoxu isə yaralanıb.
Bizim.Media