İsraillilərə Ramazan ayında xaricə səyahət etməmək barədə xəbərdarlıq edilib.
Bizim.Media xəbərt verir ki, bu barədə İsrailin Milli Təhlükəsizlik Şurası müraciət ünvanlayıb.
“Müsəlmanların müqəddəs Ramazan ayı öncəsi ölkə vətəndaşlarına xaricə səyahət riskləri barədə xəbərdarlıq edilir. Buna səbəb artan gərginlik səviyyəsi və mümkün təhlükəsizlik təhdidləridir”, - deyə müraciətdə qeyd edilib.
Bildirilib ki, İsraillə HƏMAS arasında gedən müharibə fonunda islamçı təşkilatlar israillilərə qarşı hücum çağırışlarını gücləndiriblər.
Bizim.Media