“ABŞ Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı nüvə silahından istifadə edəcəyinə əmin idi”.
Bizim.Media xəbər verir ki, bu barədə CNN iki yüksək vəzifəli rəsmiyə istinadən məlumat yayıb.
“Bayden administrasiyası Rusiyanın taktiki və ya hərbi nüvə silahlarından istifadə edə biləcəyindən xüsusilə narahat idi.
Yay aylarının sonundan 2022-ci ilin payızına qədər ABŞ Milli Təhlükəsizlik Şurası nüvə silahının istifadəsi ilə bağlı fövqəladə vəziyyət planlarını hazırlamaq üçün bir sıra görüşlər keçirib”, deyə materialda qeyd edilib.
Bizim.Media