ABŞ, Böyük Britaniya və Latviyadan sonra İsveç və Almaniya öz vətəndaşlarını Moskvaya getməməyə çağırıb.
Bizim.Media “Strana” nəşrinə istinadən məlumat verir ki, bu barədə dövlətlərin Xarici İşlər Nazirliyinin mətbuat xidmətləri məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi isə vətəndaşlarına ictimai nəqliyyata pilotsuz təyyarələrin hücum təhlükəsi barədə məlumat verib.
İsveç rəsmiləri vətəndaşlarına “regionda vəziyyətinin pisləşdiyini” deyiblər və onlara Rusiyadakı beynəlxalq media və səfirlikdən gələn xəbərləri izləmək tövsiyə olunub.
Çexiya səfirliyi Rusiyadakı vətəndaşları “ekstremist qrupların mümkün hücumları ilə bağlı yayılan məlumatlara görə” ehtiyatlı olmağa çağırıb.
Məhərrəm Əliyev, Bizim.Media