Amerikalı milyarder və sahibkar İlon Mask özünün əvvəllər “Twitter” adlanan sosial şəbəkəsi X üçün yeni PR metodu tapıb.
Bizim.Media “Fortune” jurnalına istinadən xəbər verir ki, sosial şəbəkə televiziyalar üçün “YouTube”un analoqunu işə salmağı planlaşdırır.
Jurnalın əldə etdiyi məlumata görə, bu, “Amazon” və “Samsung” başda olmaqla Smart TV-ləri dəstəkləyən cihazlar üçün tətbiq olunacaq.
Proqramın interfeysinin “YouTube”a bənzəyəcəyi və sözügedən sosial şəbəkə ilə rəqabət aparacağı bildirilib.
Beləliklə, amerikalı milyarder “X” istifadəçilərini “böyük ekranda uzun videolara” baxmağa inandırmaq və reklam verənləri sosial şəbəkəyə cəlb etmək istəyir.
Məhərrəm Əliyev, Bizim.Media