Yaxın gələcəkdə Hindistanda uçan taksilər fəaliyyətə başlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “News18” “ePlane”in yaradıcısı Satya Çakravartiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkədə uçan nəqliyyat səkkiz ay ərzində peyda ola bilər. Qeyd olunur ki, tərtibatçılar uçan taksini yığcamlaşdırıblar ki, o, qapalı məkanlara enə bilsin və digər obyektlərlə dolu olan hava məkanında uça bilsin.
Hava taksisi ilə səyahətin qiyməti, ehtimal ki, quru nəqliyyatından iki dəfə baha olacaq.
Qeyd edək ki, daha əvvəl Dubayda da yaxın dövrdə uçan taksilərin fəaliyyətə başlayacağı bildirilmişdi.
Bizim.Media