ABŞ-ın ardınca Böyük Britaniyanın Rusiyadakı səfirliyi də öz vətəndaşlarına Rusiya Federasiyasına səfər etməkdən çəkinmələri ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, səfirliyin yaydığı məlumatda ABŞ tərəfinin məlumatlarına istinad olunur:
“Ekstremistlər yaxın 48 saat ərzində Moskvada konsertlər də daxil olmaqla böyük toplantılara hücum etmək niyyətindədirlər".

Bizim.Media