ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika mediasını korrupsiyada ittiham edib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Tramp ABŞ mediasının prezident Co Baydenin hazırki durumu ilə bağlı vəziyyəti işıqlandırmalı olduğunu bəyan edib.
“Bu gün ABŞ-ın vəziyyəti ilə əlaqədar olaraq medianın yerinə yetirməli olduğu işi mən görəcəm. Çünki onlar Baydenlə bağlı xəbərləri işıqlandırmayacaqlar. Bu ondan irəli gəlir ki, ABŞ mediası korrupsiya ilə məşğuldur”, - deyə sabiq prezident bildirib.
Bizim.Media