“Türkiyə Silahlı Qüvvələri tərəfindən son həftə ərzində İraqın şimalında və Suriyada 36 terrorçu zərərsizləşdirilib”.
Bizim.Media xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk Ankarada keçirilən brifinqdə bildirib.
Müdafiə Nazirliyinin təmsilçisi cinayətkar təşkilatlarla bundan sonra da mübarizədə öz ölkəsinin qətiyyətini ifadə edib.
“Ankara terrorçuların fəaliyyəti üçün məkanı daraltmaq istiqamətində bütün zəruri addımları atır. Məqsədimiz Türkiyənin sərhədlərini təhlükəsiz etmək və milli təhlükəsizliyə təhdidləri aradan qaldırmaqdır”, - deyə Aktürk qeyd edib.
Bizim.Media