Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması planlaşdırılır.
Bizim.Media