Ankara ABŞ nümayəndələrinin PKK/YPG terror təşkilatının Suriya qanadının başçıları ilə təmaslarını pisləyib.
Bizim.Media xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk Ankarada keçirilən brifinqdə bildirib.
O, ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığının (CENTCOM) nümayəndə heyətinin Suriyaya səfəri və bu səfər çərçivəsində YPG terrorçularının başçıları ilə keçirilən görüşlərlə bağlı Türkiyə tərəfinin narazılığını bildirib.
“Dost dövlətlərdən və müttəfiqlərdən terrorçuları dəstəkləməyi dayandırmağı və Türkiyənin terrorizmlə mübarizə səylərinə həqiqi kömək göstərilməsini gözləyirik”, - deyə Aktürk qeyd edib.
Bizim.Media