Türkiyə xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə normallaşması barədə müzakirələr aparılıb.
“Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq”, - deyə H. Fidan qeyd edib.
Tərəflər həmçinin Qəzzada cari vəziyyət və Rusiya-Ukrayna müharibəsi barədə müzakirələr aparıblar.
Bizim.Media