İsveçin NATO-ya daxil olması ilə bağlı protokol rəsmi olaraq qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib:
“Müvafiq olaraq, protokol 2024-cü il martın 7-dən qüvvəyə minib”.
Bizim.Media