Su çatışmazlığı qlobal istiləşməyə hazır olmayan Aİ ölkələri arasında münaqişəyə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Mənbə qeyd edir ki, gələn həftə Avropa Komissiyası Aİ hökumətlərini iqlim dəyişikliyi ilə mübarizəyə hazırlığı sürətləndirməyə çağıracaq.
Nəşr vurğulayır ki, bununla bağlı artıq bəzi bölgələrdə mübahisələr yaranıb.
Belə ki, quraqlıqdan əziyyət çəkən Kataloniya İspaniya hökumətini inandırmağa çalışır ki, çay suyunu qonşu Araqondan geri çəksin.
Fransa isə keçən il su anbarları yaratmaq planlarına görə şiddətli toqquşmalarla üzləşib.
Bizim.Media