“2028-ci ildən etibarən Türkiyənin ilk milli döyüş təyyarəsi olan “Kaan” təyyarələrini ordumuzun istifadəsi üçün təqdim edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə bildirib.
“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz “Kaan” səmaya qalxdı. Bununla da Türkiyə bu sahədə dünyanın ilk 4 ölkəsi sırasına daxil oldu”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media