Etiyopyada yaşayan Mursi qəbiləsinin çox ilginc adət-ənənələri var. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, tayfanın qadınları gözəlləşmək üçün bədənlərini kəsirlər. Bədənlərini kəsən zaman isə ağlamayaraq bu ağrılara dözməyi özlərində adətə çeviriblər.xa0
Mursi qəbiləsi Oma vadisində yaşayan ən populyar tayfalardan sayılır. Jinka şəhərinə yaxın olan Maqo Milli Parkında təxminən 7500 mursili yaşayır. Yaz və yay aylarında isə yerlərini dəyişirlər. Mursi qəbiləsi Oma çayı ətrafında kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Mursi qəbiləsini digər qəbilələrdən ayıran fərq qadınlarının dodaqlarında olan boşqab və ya nömrələrdir.xa0

Bu qablar ilk dəfə olaraq 15 və ya 16 yaşlı gənc qızlara taxılır. Alt dodaqda bir dəlik açılır və o dəliyə qab yerləşdirilir. Boşqab ölçüsü qadının dəyərini göstərir. Nə qədər böyük boşqab olsa, o qədər başlıq pulu çox verilir. Bu qablar isə gil və ya taxtadan hazırlanır.xa0
Amma ən maraqlısı odur ki, gözəlləşmək və daha cazibədar olamaq üçün qadınlar bədənlərinə şəkillər çəkdirirlər. Bədənində ən çox şəkil olan qadın ən gözəl və cazibədar qadın sayılır. Bunun üçün öncə akasya ağacının tikanlarıyla dəriyə kəsik atırlar və sonra dərini qaldırıb içinə kül doldururlar. Bunu etmələrinin səbəbi infeksiya düşməsi və dərinin şişməsidir. Dəri şişdikdən sonra bu dəfə yaranın üzərinə manqal közü qoyurlar. Bütün bunlar edilərkən ağlamamaq şərtdir.xa0

Kişiləri isə üz və bədənlərinə ağ boya vururlar. Bir qadınla evlənmək üçün isə iki kişi döyüşür. İki kişi qarşı-qarşıya gələrək “donqa”x9d deyilən sopayla döyüşürlər. Qalib gələn kişi qadınların arasında seçilən qadınla evlənir.xa0




Vasif Əlihüseyn