“Qırmızı dənizdə mövcud böhran dünya bazarlarında ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.
“Əlbəttə ki, bu, dünyada gəmiçiliyə dramatik təsir göstərib. Bu, bir çox insanlar üçün ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacaq”, - deyə Blinken bildirib.
Qeyd edək ki, dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmənin husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməyəcəyini elan edib.
Bizim.Media