“Rusiya Moldovada sabitliyi pozmaq üçün plan hazırlayıb”.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustiata iddia edib.
“Bizdə məlumat var ki, hazırda Rusiya Federasiyası tərəfindən Avrointeqrasiya referendumunu pozmaq, prezident seçkilərinə müdaxilə etmək cəhdləri, habelə Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyən dövlət qurumlarını və siyasətçiləri nüfuzdan salmaq üçün cəhdlər edilir”.
Bizim.Media