Rusiya məhkəməsi ukraynalı iş adamı İqor Kolomoyskinin ölkədə fəaliyyətini qadağan edib və onun aktivlərini dövlət gəlirinə çevirib.
Bizim.Media xəbər verir ki, iş adamı Rosfinmonitorinq tərəfindən terrorizm və ekstremizmlə məşğul olan şəxslər siyahısına daxil edilib.
"Yujgazenerji" MMC və Catering South MMC-nin nizamnamə kapitalındakı 5 milyard rubldan çox olan səhmlərinin 100%-i federal mülkiyyətə götürülüb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Kolomoyskinin aktivlərinə Ukraynada həbs qoyulub.
Bizim.Media