Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefası ilə bağlı müraciət məktubunu parlamentə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb a6 iyun 2023-cü il tarixli bəyanat olub. Belə ki, Denkov ötən il iyunun 6-da baş nazir seçilib və razılaşmalara uyğun olaraq, martın 6-da hökumətin istefası barədə bəyanatı parlamentə təqdim etməlidir.
Onun səlahiyyətləri baş nazirin müavini və xarici işlər naziri Mariya Qabrielə keçməlidir.
Bizim.Media