Türkiyənin Çanakkale vilayətində 4,9 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Yenicə rayonunda baş verən zəlzələnin ocağı yerin 10,44 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edilib ki, yeraltı təkanlar İstanbulda da hiss edilib.
Ölkənin Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hazırda heç bir neqativ hal yoxdur.
Bizim.Media