Berlin tərəfindən Kiyevə verilən “Taurus” raketləri və F-16 qırıcıları Ukrayna qoşunları üçün hər hansı həlledici rol oynamayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times”da bildirilib.
Nəşr idda edib ki, Almaniyanın ötən il Ukraynaya “Leopard” tankları göndərmək qərarı Ukrayna Silahlı Qüvvələrinə uğurlu əks-hücum keçirməyə kömək etməyib.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts “Taurus” raketlərinin Ukraynaya tədarükünə qarşı çıxıb. O bildirib ki, sözügedən silahın istifadəsinə nəzarət etmək üçün alman əsgərlərinin iştirakı lazımdır və bu, onun sözlərinə görə, mümkün deyil.
Bizim.Media