“Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə qaz nəqli sistemi vasitəsilə Rusiya qazının tranzitini uzatmağa hazırdır. Lakin Kiyev bunun üçün “Qazprom”la mövcud müqaviləni uzatmayacaq və ya yeni müqavilə imzalamayacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
O bildirib ki, rəsmi Kiyev təşəbbüsü Aİ və avropalı tərəfdaşlarımızdan gözləyir: “Ukraynanın qaz nəqli sistemi Rusiya qazının tranziti olmadan da işləməyə hazırdır”.
Bizim.Media