Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vadım Filaşkin Telegram kanalında yazıb.
“Bu gün nahar vaxtında Kuraxove atəşə tutulub. Düşmən şəhərin düz mərkəzini vurub və bomba 15 çoxmərtəbəli binaya dəyib. İlkin məlumata görə, rusiyalılar idarəolunan aviabombadan istifadə ediblər”, deyə o, qeyd edib.
Bizim.Media