Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ölkələri silahlanma yarışını dayandırmağa və etimadı bərpa etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hərbi xərclərə çoxlu vəsait xərclənir və mövcud vəziyyətə görə onlar daha da artır. Mən həqiqətən ümid edirəm ki, beynəlxalq ictimaiyyət tərksilahın mənəvi öhdəlik olduğunu başa düşəcək”, - deyə Papa bildirib.
Bizim.Media