ABŞ senatoru Rand Paulun Türkiyəyə F-16-ların satışını əngəlləmək üçün təklif etdiyi qanun layihəsi Senatın Baş Assambleyasında keçirilən səsvermədə rədd edilib.
Bizim.Media Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, F-16-ların Türkiyəyə satışını əngəlləyən qanun layihəsi 79 əleyhinə, 13 lehinə səsi ilə rədd edilib.
Qeyd edək ki, ABŞ administrasiyası bu yaxınlarda Türkiyəyə F-16-ların satışı ilə bağlı Ankaraya qəbul və təklif məktubları göndərib.
Bizim.Media