“Türkiyə iqtisadiyyatı ildə orta hesabla 5,5 faiz artıb, milli gəlir 5 dəfə artıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun martın 1-də keçirilən rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Bütün çətinliklərə baxmayaraq, ölkəsinin iri addımlarla irəlilədiyini deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib:
“Ən strateji sahələrdən biri olan müdafiə sənayesində yerli və milli istehsalın payı 20 faizdən 80 faiz səviyyəsinə qaldırılıb”.
Bizim.Media