Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyası Albaniyaya göndərilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi məlumat yayıb.
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” PUA-ları artıq Albaniyadadır! İki gündür montaj işləri və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”, - deyə nazir qeyd edib.
Bizim.Media