“Spokoynoy noçi, malışı” adlı məşhur uşaq verilişində Mişutka obrazını səsləndirən rusiyalı aktyor, Başqırdıstan Respublikasının xalq artisti İqor Kapatov vəfat edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor fevralın 29-da 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İqor Kapatov Başqırd Dövlət Kukla Teatrının və Başqırd Respublika Rus Dram Teatrının aktyoru olub. 2001-ci ildə Moskvaya köçüb, filmlərdə və televiziya seriallarında rol alıb.


Bizim.Media