“Rusiya Federasiyası bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının (STRATCOM) rəhbəri, general Entoni Kotton ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı bildirib.
“Bu qənaətə gəlməyimizə səbəb odur ki, ötən il Rusiyada “RS-28 Sarmat” qitələrarası ballistik raketi döyüş növbətçiliyinə yerləşdirilmişdi. Bundan əlavə Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarının istehsalına və tədarükünə davam edir. Bir sözlə, ruslar öz nüvə potensialını müasirləşdirir və genişləndirirlər”, - deyə Kotton qeyd edib.
Bizim.Media