Çexiyanın baş naziri Petr Fiala hərbçilərin Ukraynaya göndərilməsini qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Fiala parlamentdə çıxışı zamanı danışıb.
Baş nazir bildirib ki, Avropada heç kim öz qoşunlarını Ukraynaya göndərmək fikrində deyil.
O, Makronun bu ideyanı bu yaxınlarda Parisdə keçirilən sammitdən kənar irəli sürdüyünü və bunun sammitin müzakirəsi üçün vacib mövzu olmadığını açıqlayıb.
Bizim.Media