ABŞ Pentaqonun ehtiyatlarından Ukraynaya tez bir zamanda silah çatdırmaq üçün yeni plan üzərində düşünür.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu addım Konqres Kiyevə daha böyük hərbi yardım paketini təsdiq edənə qədər Ukrayna Silahlı Qüvvələrinin öhdəsindən gəlməyə kömək edəcək qısamüddətli tədbir olacaq.
Qeyd edilib ki, Administrasiya hələ də təxminən 4 milyard dollar dəyərində silah və sursatı Ukraynaya göndərmək səlahiyyətinə malikdir.
Bizim.Media