Türkiyəli məşhur müğənni Ebru Gündeş 11 illik həyat yoldaşı Reza Zərrabdan boşanma qərarı alıb.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeşin boşanma qərarı almasına səbəb xəyanət olub.
Ərinin başqa qadınlar ilə münasibətdə olduğunu iddia edən Gündeş məhkəmə ərizəsində "Ərimin həyatında başqa qadınlar var" yazıb.
Qeyd edək ki, Ebru və Reza 2010-cu ildə ailə həyatı qurub və bu evlilikdən Alara adında qızları var.
Səmra Xəlilbəyli, Bizim.Media