Fevralda nə üçün hər dörd ildən bir 29 gün olur?

Təqvimlərimiz fevralı dörd ildən bir 29 olaraq göstərir. 2024-cü il də elə həmin illərdən biridir. Bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər.

Bizim.Media mövzu ilə bağlı kiçik bir araşdırmanı təqdim edir.

2024-cü il fevral ayı 365 yox, 366 gün olacaq. Bəs bu ayın tarixi niyə belədir və hansı səbəbdən yaranıb?

Yerin Günəş ətrafında fırlanması üçün 365,2422 gün lazımdır. XVI əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin olunur. İlin qalan 0,2422-si - 5 saat, 48 dəqiqə və 46 saniyə - dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız Yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Ona görə də, fevralda üç il 28 gün olduğu halda, təqvim dörd ildən bir 29-u göstərir.

Bəs niyə başqa ay yox, məhz fevral?

Bunun cavabı eramızdan əvvəl I əsrə gedib çıxır. Roma lideri Yuli Sezar astronomlara Roma təqvimini hazırlamaq tapşırığını verdi. Roma təqvimi 355 gündən və hər iki ildən bir əlavə ay 22 gündən ibarət idi. Təqvimin fəsillərlə harmoniyası tamamilə pozulmuşdu. Sezarın əmri ilə hazırlanan təqvimdə bir il 365 gün olaraq təyin olundu. Dörd ildən bir gün kimi bir neçə saat əlavə olunmağa başladı. Beləliklə, “sıçrayış ili” yarandı. Halbuki o dövrdə fevral ayı normal olaraq 29 gün, sıçrayış illərində isə 30 gün olurdu. Avqustda da 30 gün var idi. Tarixçilərin fikrincə, Roma İmperiyasının yeni başçısı olan və Yuli Sezar kimi önəmli şəxs olmağa çalışan Avqust uzun bir ayın onun adını daşımasını istəyirdi. Çünki Yuli Sezarın adını daşıyan iyul ayında 31 gün var idi. Bu səbəbdən də fevral ayı bir gün qısaldıldı və bununla da avqust ayına bir gün əlavə edildi.

“Sıçrayış ili” olmasaydı nə olardı?

Təqvimlərdə bu düzəliş edilməsəydi, fəsillər dəyişməyə başlayacaqdı. 700 illik bir dövrdə Şimal yarımkürəsində yay - iyun əvəzinə dekabrda başlayacaqdı. Bəzi mədəniyyətlərdə “sıçrayış ili” uğursuzluqla əlaqələndirilir. Yunanıstanda ənənəvi olaraq “sıçrayış ili”ndə evlənmək tövsiyə edilmir. Xüsusilə “sıçrayış ili”ndə, məhz fevralın 29-da bəzi insanlar evliliklərin boşanma ilə bitəcəyinə inanırlar. Bəzi şotlandlar hələ də fevralın 29-da doğuşun bədbəxtlik gətirəcəyinə inanırlar. Bəzi ölkələrdə isə həmin gündə doğulmaq, əksinə, uğurla əlaqələndirilir. Bəzi astronomlar hesab edirlər ki, doğum günü “sıçrayış günü”nə düşərsə, həmin doğulan şəxsdə xüsusi istedad olacaq. Fevralın 29-da dünyada təxminən 4,1 milyon insan doğulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" yeni qapıçı axtarışına BAŞLADI

"Barselona" yeni qapıçı axtarışına BAŞLADI

Mingəçevirdə dəm qazı can aldı

Mingəçevirdə dəm qazı can aldı

Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

Çin şirkətləri ilə birgə layihələrin həyata keçirilməsi imkanları MÜZAKİRƏ OLUNDU

"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"

Bu adamlar qətiyyən turşu kələm YEMƏMƏLİDİR

Bu adamlar qətiyyən turşu kələm YEMƏMƏLİDİR

“Hər əlinə mikrofon götürənə müğənni deməyin” - VİDEO

“Hər əlinə mikrofon götürənə müğənni deməyin” - VİDEO

PMS imtahanının II mərhələsinin yekun nəticələri ELAN OLUNDU

PMS imtahanının II mərhələsinin yekun nəticələri ELAN OLUNDU

"Tottenhem"in müdafiəçisi mövsümü BAŞA VURDU

"Tottenhem"in müdafiəçisi mövsümü BAŞA VURDU

Əfsanəvi modelyer Valentino Qaravani VƏFAT ETDİ

Əfsanəvi modelyer Valentino Qaravani VƏFAT ETDİ

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

20 yaşında dekan müavini olan Jalə Eyvazovların qızı imiş - FOTO

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM - FOTO

20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il ötür

Alena Əliyeva Ümumxalq Hüzn Günü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Alena Əliyeva Ümumxalq Hüzn Günü ilə bağlı PAYLAŞIM ETDİ - FOTO

Pakistandakı dəhşətli yanğında ölənlərin sayı ARTDI

Pakistandakı dəhşətli yanğında ölənlərin sayı ARTDI

FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

FİFA milli komandaların yeni siyahısını AÇIQLADI

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

“20 Yanvar faciəsinin təkrarlanmaması üçün səylərimizi davam etdiririk” - Rəsmi Bakıdan BƏYANAT

“20 Yanvar faciəsinin təkrarlanmaması üçün səylərimizi davam etdiririk” - Rəsmi Bakıdan BƏYANAT

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım etdi - FOTO

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım etdi - FOTO

“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO

“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO

Rəsmi Bakı Pakistana başsağlığı verdi - FOTO

Rəsmi Bakı Pakistana başsağlığı verdi - FOTO

“Rusiya yaxın günlərdə kütləvi hücumlar edəcək” — Zelenski

“Rusiya yaxın günlərdə kütləvi hücumlar edəcək” — Zelenski

Alim Qasımovun nəvəsi hərbi xidmətə gedir - VİDEO

Alim Qasımovun nəvəsi hərbi xidmətə gedir - VİDEO

Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verildi, həbs müddəti uzadıldı

Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verildi, həbs müddəti uzadıldı

İspaniyada üç günlük matəm ELAN EDİLDİ - FOTO

İspaniyada üç günlük matəm ELAN EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO