Rusiya Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib.
O bildirib ki, “Rosatom” və Türkiyənin Energetika Nazirliyi ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır:
“Biz layihənin texniki kompleksi, idarəetmə sistemi və iqtisadi parametrlərini müzakirə edirik. Bizim araşdırmalarımıza görə, Sinopdakı meydançada “Akkuyu” stansiyasının əkiz qardaşının yerləşdirilməsinə imkan var”.
Bizim.Media