Misir Hərbi Hava Qüvvələri də Qəzza zolağına azı 50 ton humanitar yardım göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, Qəzzanın şimalına 10 ton ərzaq məhsulları tədarük edilib.
Bundan başqa, anklavın mərkəzi bölgələrinə azı 45 ton daha humanitar yardım göndərilib.
Bizim.Media