Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynaya qoşun yeridə biləcəyini etiraf edib. O, Ukraynanı dəstəkləmək üçün yeni koalisiya elan edib və ora Qərb qoşunlarının göndərilməsini istisna etməyib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Makron bu barədə Parisdə 20 Avropa ölkəsinin liderlərinin Ukraynaya yardımı müzakirə etdiyi konfransdan sonra bildirib.
Makronun sözlərinə görə, Avropa ölkələri indiki mərhələdə qoşunların göndərilməsi ilə bağlı konsensusa malik deyil:
“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, lakin heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”.