Lastoçkinodan sonra ruslar Avdeyevka istiqamətində daha iki kəndi ələ keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Deep State" monitorinq kanalı yazıb.
Mənbə qeyd edib ki, Avdeyevka istiqamətində Rusiya Silahlı Qüvvələri Orlovka, Berdiçev və Tonenski yaxınlığında irəliləyib, həmçinin Stepnoye və Severnoye yaşayış məntəqələrini nəzarətə götürüb.
Jurnalistlər xatırladıblar ki, Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun komandanlığı əvvəllər Avdeyevkanın qərbində müdafiə xətlərinin guya hazır olduğunu bəyan edib.

Bizim.Media